53 saylı məktəbin yaxınlığında, Elmlər Akademiyası metrostansiyası və Bakı Dövlət Universitetinə piyada cəmi 5 dəqiqəlik məsafədə yerləşən, Zahid Xəlilov küçəsində elit yeni tikili mənzil satışa təqdim olunur.
Bina çox səliqəli və prestijli kompleksdir. Bloklar daim təmiz və işıqlıdır. Binada 2 ədəd sürətli və səssiz Sigma lift quraşdırılıb.
Mənzil yeni təmirdən çıxıb və təmirdən sonra yaşayış olmayıb. Təmir yüksək keyfiyyətlə və zövqlə həyata keçirilib. Döşəmə parketdir.
Mənzilin üstünlükləri:
Qaz, kupça mövcuddur
İpoteka ilə alış mümkündür
Geniş və rahat sanitar qovşağı
Böyük ayrıca camaşırxana
2 geniş eyvan
Səliqəli və keyfiyyətli təmir
Ərazi həm yaşayış, həm də investisiya üçün olduqca əlverişlidir.